Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2014

AZAL-ın təyyarəsi alışdı

İstanbulun Atatürk Hava Limanında Azərbaycan Hava Yollarına məxsus təyyarənin təkərləri alışıb.

Hava limanındakı dayanacaqda dayanmış sərnişin təyyarəsinin təkəri yanıb.

Məlumata görə, Bakı-İstanbul reysini həyata keçirən Boeing 757-200 tipli sərnişin təyyarəsi hava limanına eniş edib, dayanacaqda dayanıb. Sərnişinlər təhlükəsiz halda təyyarəni tərk ediblər. Amma bu zaman təyyarənin sağ arxa eniş təkərləri birdən-birə alışıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər dərhal yanğının qarşısını alıblar. Təyyarənin digər hissələri yanğından mühafizə olunub.

Təyyarə təmir edildikdən sonra yenidən İstanbul-Bakı reysini uğurla həyata keçirib./apa/
1372 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP