Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2014

Bakıda naməlum kişi meyiti tapılıb

Bu gecə Bakının Binəqədi rayonunda kimsəsiz ərazidən kişi meyiti tapılıb.

Təxminən 30-35 yaşlı kişiyə məxsus meyit yol kənarında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, şəxsiyyəti hələ dəqiqləşdirilməyən kişinin narkotikdən dozadan artıq istifadə nəticəsində dünyasını dəyişdiyi ehtimal olunur. O, narkotikdən başqa yerdə istifadə edib, yolla gedərkən isə dünyasını dəyişib.

Binəqədi rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır. Meyit müayinə üçün məhkəmə-tibb ekspertizasına aparılıb./apa/
1472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP