Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2014

Türkiyə-Suriya sərhədində gərginlik

Suriya sərhədindəki Mürşidpınar hərbi məntəqəsi gücləndirilmiş iş rejiminə keçib. Buna səbəb Türkiyə sərhədinin 35 kilometrliyindəki Mürşidpınar kəndində - Süleyman Şah Türbəsinin yerləşdiyi ərazidə nəzarəti ələ keçirən «İŞİD» təşkilatının (Əl-Qaidəyə yaxınlığı ilə tanınır) təhdidləridir. Sərhəd xəttindəki mühafizə məntəqələrinin və oradakı əsgərlərin sayı artırılıb. Həmçinin tank və hərbi maşınlar hazır vəziyyətə gətirilib. Sərhədə Türkiyənin Qaziantep şəhərindən də əlavə hərbi dəstək gəlib. Belə ki, Qaziantepdən bura havadan müdafiə sistemləri, tanklar və hərbçilər göndərilib.
1371 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber