Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

Hicab məhbusuna hökm oxundu

Nahid Qəhrəmanova hökm oxundu

Bu gün saat 12:45-də Nərimanov rayon məhkəməsində hicab məhbusu Nahid Qəhrəmanovun məhkəmə iclası keçirilib.

Hakim Kəmalə Əmirxanova Cinayət Məcəlləsinin 315.2 maddəsiylə 2.6 il və 233-cü maddəsiylədə 2 il olmaqla cəmdə 4 il iş kəsib.

Nahid Qəhrəmanovun cəza çəkmə müddəti həbs olunduğu 5 iyun 2013-cü il tarixindən hesablanacaq. Onun üzərindən götürülən 17 min ABŞ dolları isə özünə qaytarılacaq.


10:10
İslamazeri.az İnternet Qəzetinin verdiyi məlumata görə, bu gün saat 12:45-də Nərimanov rayon məhkəməsində hicab məhbusu Nahid Qəhrəmanovun məhkəmə iclası keçiriləcək.
Məhkəmə iclasında Nahid Qəhrəmanova hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, keçən məhkəmə iclasında dövlət ittihamçısı Cinayət Məcəlləsinin 315.2 maddəsiylə 2.6 il və 233-cü maddəsiylədə 2.6 il olmaqla cəmdə 5 il iş istəyib.
Onun həbs müddətinin ümumi rejimli həbsxanada çəkməsini qeyd edib.

Nahid Qəhrəmanov 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulub.

Ona Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham elan olunub.

Həmin aksiyaya görə 35 nəfər azadlıqdan məhrum edilib.

Xatırladaq ki, həbs edilərkən Nahid Qəhrəmanovun üstündə 17 min ABŞ dolları olub. Pulun haradan gəldiyi istintaqda dəqiqləşdirilib. Nahid Qəhrəmanov həbs olunmamışdan əvvəl ailəsinə məxsus torpaq sahəsini satıbmış./İslamazeri.az
1906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı