Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2014

Çin ABŞ-dan dinlənilməsi ilə bağlı açıqlama tələb edir

Çin ABŞ tərəfindən telekommunikasiya texnologiyaları nəhəngi "Huawei" şirkətinin rəhbərlərinin bütün görüşlərinin təqib edildiyi və şirkət barədə əhəmiyyətli informasiyalar əldə olunduğu barədə açıqlama gözləyir.

Çin iddia edir ki, ABŞ Çinin telekommunikasiya texnologiyaları üzərindən cəsusluq fəaliyyəti göstərir.

Qeyd olunur ki, ABŞ bu vasitə ilə Çinin sabiq liderlərini, Xarici işlər, ticarət nazirlərini və bankların fəaliyyətini izləyib.

"Nyu-York Tayms" qəzeti ABŞ-ın "Shotgiant" adını verdiyi əməliyyatda "Huawei" və Çin ordusu arasında gizli əlaqə olub-olmadığını ortaya çıxarmağı məqsəd qoyduğunu yazıb. Qəzet həmçinin, başqa bir məqsədin əməliyyat nəticəsində 145 ölkədə fəaliyyət göstərən "Huawei"nin texnologiyalarına sızıb, şirkətin digər ölkələrə satdığı telefonlar və kompüterlər üzərindən də məlumat toplamaq olduğunu bildirib.
1153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber