Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2014

Lavrov: Kimsə Rusiyanı “Böyük səkkizlik”-dən qova bilməz

“Böyük səkkizliy”in (G-8) bu il Rusiyasız keçiriləcək növbəti sammiti Brüsseldə olacaq

“Böyük səkkizliy”in (G-8) bu il Rusiyasız keçiriləcək növbəti sammiti Brüsseldə olacaq. İnterAz-ın Fransa KİV-nə istinadən verdiyi xəbərə görə, Rusiyanın iştirakı olmadan keçiriləcək sammitin yeri bəlli olub. Sammit Brüsseldə olacaq.

Artıq “G-7” formatında toplaşan liderlər Ukraynadakı son prosesləri dəyərləndirmək üçün Hollandiyada toplaşıblar.

Qeyd edək ki, bundan əvvəl keçirilmiş toplantıda növbəti sammitin Soçidə keçirilməsi barədə qərar verilib. Lakin Rusiya ilə Ukrayna arasında baş verən son hadisələrdən sonra Rusiyanın bu formatda iştirakına veto qoyulub və sammitin Soçidə keçirilməsindən imtina edilib.

Məsələyə münasibət bildirən Rusiya xarici işlər naziri Sergey Lavrov isə ölkəsinin bu sammitdən xaric edilməsinin mümkün olmadığını deyib: “G-8 qeyri-formal bir klubdur, üzvlük haqqında sənəd orada heç kim üçün yazılmır. Ona görə də “Böyük səkkizlikdən” kimisə qovmaq mahiyyətcə mümkün deyil”.
1107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu