Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2014

Maydanın lideri öldürüldü

Ukraynadakı "Sağ Sektor"un koordinatoru, "Saşa Belıy" ləqəbi ilə tanınan Aleksandr Muzıçko qətlə yetirilib.

Barmaki kəndi yaxınlığında "Tri Karasya" kafesində onun sinəsinə bir neçə atəş açıblar. Makarov tipli tapançadan açılan güllələrin biri onun ürəyinə dəyib.

Şahidlərin sözlərinə görə, qatillər birinci onun paltarını cırıblar ki, Saşanın zirehli geyimdə olmadığına əmin olsunlar. Sonra isə güllələyiblər.

Hadisə dünən gecə 12:00 radələrində baş verib.

"Sağ Sektor"un bir neçə fəalı da qaçırılıb.


Qeyd edək ki, Saşa Ukraynada dövlət çevrilişi baş verəndən sonra özünü yeni hakimiyyətin nümayəndəsi kimi hiss edib. O Rovensk rayonunun prokuroruna güc tətbiq edib. Sonra isə vilayət dumasının iclasına avtomatla gələrək deputatları hədələyib.

Rusiyada Saşa Belıy barəsində cinayət işi açılıb. Rusiya tərəfinin iddiasına görə, Saşa Çeçenistanda üsyançılar tərəfdə döyüşüb və 20 nəfər rus əsgərinin qətlində günahlı bilinir./milliaz/
1325 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı