Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

“Pokrov”dan çıxarılan azərbaycanlılar yeni bazara köçürülüb

Moskvanın Qərbi Brilyevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasından çıxarılan bütün azərbaycanlılar yeni salınmış bazarda işləyir.

Bu barədə APA-ya Rusiyada yaşayan azərbaycanlı iş adamı məlum verib.

O qeyd edib ki, Moskva Dairəvi avtomobil yolunun 19-cu kilometrliyində “Cənub qapısı” deyilən ərazidə yeni bazar salınıb və bazarda azərbaycanlıların ticarətlə məşğul olması üçün hər bir şərait yaradılıb.

Qeyd edək ki, Moskvanın Çertanov Rayon Məhkəməsi “Pokrov” meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb. Məhkəmənin qərarı ilə paytaxtın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasının daxil olduğu “Novıe Çeryomuşki” QSC-nin fəaliyyətinin dayandırılıb. Məhkəmədə iddiaçı qismində “Rospotrebnadzor” iştirak edib. “Rospotrebnadzor”un iddiasına görə, baza sanitar-epidemioloji qaydalara riayət etməyib.

“Pokrov” bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub.
1726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:41