Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2014

Bakı-Qazax avtomobil yolunda ağır yol qəzası baş verib

Bakı-Qazax yolunda yanacaq daşıyan yük maşını aşıb, ölən və yaralananlar var 

Şahidlərin verdiyi məlumata görə, hadisə bu gün saat 14:30 radələrində magistralın Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yanacaq daşıyan yük maşını «Mercedes» markalı və daha bir neçə minik maşını ilə toqquşub, daha sonra idarəetməni itirərək aşıb. Nəticədə, bir nəfər ölüb, bir neçə sərnişin ağır xəsarət alıb.

Yanacaq daşıyan maşın yolun hərəkət hissəsinə aşdığından yolda nəqliyyatın hərəkəti məhdudlaşıb və yanacaq dağılıb.

Hazırda baş verə biləcək partlayış və yanğın təhlükəsini nəzərə alaraq orada olan şəxslər ərazidən uzaqlaşdırılır./apa/
1244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP