Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2014

Zeytun ağaclarını kəsib yerində şadlıq sarayı tikirlər-(Foto)

Nəsimi rayonu, 7-ci mikrorayon, Zərifə Əliyeva parkının yaxınlığındakı zeytunluq məhv olmaq üzrədir.

Bu barədə tanınmış vəkil Namizəd Səfərov sosial şəbəkədəki səhifəsində yazıb.

Vəkil bildirib ki, zeytun bağında ağaclar qırılaraq yerində obyektlər tikilir: “Zeytun bağının axırına çıxmaq üzrədirlər. Zeytunluqdakı son ağacı kəsib yerində obyektlər tikməyincə sakitləşməyəcəklər. İndiyədək bağın içində yüzlərlə ağac kəsilib. Hazırda isə 100-dən çox ağacı kəsirlər. Deyilənə görə, zeytun bağının yerində şadlıq sarayı tikiləcək”.

Vəkil Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib: “Bəlkə o əraziləri hansı mafioz və ya milli xəyanətkar bu günə qoyur ? Görəsən, Bakı şəhərinin meri cənab Abutalıbov buna nə deyir?” /virtualaz/


1101 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.