Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2014

Xəzərdə 5 balıqçı itkin düşüb

Azərbaycanın Siyəzən rayonunda 5 nəfər balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar.

Məlumata görə, onların olduğu qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar.
Bununla bağlı FHN-nin qaynar xəttinə məlumat verilib.

Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.
1693 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.06.17, 10:56
Azərbaycana yay gəldi
20.06.17, 23:30
İŞİD-in ali müfti