Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

Hillari Klinton siyasətə qayıdır

2016-cı ildə Demokrat Partiyasının sədrliyinə namizədliyi nəzərdə tutulan ABŞ-ın eks-dövlət katibi Hillari Klinton vəzifədən ayrıldıqdan sonra ilk dəfə siyasi fəaliyyətə başlayıb.

Axar.az bildirir ki, Virciniya əyalətinin qubernatorluğuna namizəd Teri Makaylayfın seçki təbliğatına qoşulan xanım Klinton təxminən 800 nəfərlik bir mitinqdə çıxış edib.

Fels Çurçda yerləşə əyalət teatrındakı tədbirə Makaylayfa dəstək olmaq üçün gedən Klinton, “Bəzi məqamlarda heç birimiz kənarda qala bilmərik. Bax indi Virciniya belə bir zaman kəsiyindədir”, - deyib.

Terinin gözəl ürəkli və açıq fikirli bir insan olduğunu bildirən xanım Hillari, “Teri həmişə mənim yanımda oldu və mən onun üçün burada olmaqdan xoşbəxtəm”, - deyib.

Xatırladaq ki, Klinton ailəsinə yaxınlığı ilə tanınan Teri Makaylayf Hillari Klintonun 2008-ci ildəki prezident seçkiləri zamanı Seçki qərargahının sədri idi və Bill Klintonun da prezident seçkilərində aktiv işləmişdi.
1983 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!
21.04.17, 18:17
“Azərbaycan