Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2014

Türkiyədə terrorla əlaqəli bir azərbaycanlı həbs olunub

Türkiyədə hərbi posta hücum etmiş şəxslərlə əlaqəli olduğu bildirilən bir azərbaycanlı həbs olunub

Türkiyədə martın 20-də hərbi posta hücum etmiş şəxslərlə əlaqəli olduğu bildirən 3 nəfər saxlanılıb.

Bu barədə Türkiyənin rəsmi Anadolu agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, saxlanılan 3 nəfərdən ikisi Azərbaycan vətəndaşıdır.

Həmin şəxslərin İstanbulda saxlanıldığı və Ulukışlaya aparıldığı bildirilir.

Onların barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılıblar.

Məhkəmə bir Azərbaycan və Türkiyə vətəndaşını sərbəst bufraxıb. Onların adları Q.İ ve M.A kimi göstərilib. Şübhəli bilinən Azərbaycan vətəndaşı F.M. barəsində isə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, martın 20-də Türkiyənin Niğde şəhərinin Ulukışla qəsəbəsində hərbi posta hücum edilib. Hadisə nəticəsində bir hərbçi, bir polis nəfəri və bir yük maşını sürücüsü olan mülki şəxs həlak olub. Hadisə hərbi postun qurulduğu ərazidən keçən və içində terrorçuların olduğu maşının saxlanılması ilə bağlı əmrə tabe olunmaması zəminində baş verib. Belə ki, maşına saxlanılması əmri verilərkən, içəridə olan terrorçular ağırçaplı silahlarla posta atəş açıblar.

Hadisə zamanı iki basqınçı da yaralı ələ keçirilib, onlardan daha biri isə hadisənin sabahı günü yaxınlıqdakı kənddə saxlanılıb. Onlar barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.
1165 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber