Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2014

Dağıstanda azərbaycanlı səhra komandiri öldürüldü

Hadisə zamanı Rusiya güc strukturlarının bir əməkdaşı həlak olub və iki əməkdaşı yaralanıb

Dağıstanın Xasavyurt rayonunda Rusiya güc strukturlarının apardığı əməliyyat nəticəsində əslən Azərbaycandan olan səhra komandiri Tural Atayev və 4 nəfər dəstə üzvü öldürülüb.

Hadisə zamanı Rusiya güc strukturlarının bir əməkdaşı həlak olub və iki əməkdaşı yaralanıb. Rusiya güc strukturlarının yaydığı məlumata görə, 1988-ci ildə Azərbaycanda doğulmuş Tural Atayev həm də keçən ilin dekabr ayında Pyatiqorsk şəhərində baş vermiş terrorun əsas təşkilatçılarındandır.

Bu barədə yayılmış məlumatda bildirilir ki, Atayevin dəstəsi çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetirib, iş adamlarından reket yolu iri məbləğdə pullar alıb, partlayışlar təşkil edib.
1269 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP