Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2014

Rusiya hərbçiləri Ukraynanın Krımdakı sonuncu gəmisini ələ keçiriblər

Rusiya hərbçiləri Ukraynanın Krımdakı sonuncu “Çerkassı” gəmisini ələ keçiriblər.

Bu barədə “UNİAN” agentliyi xəbər yayıb.

“Çerkassı” gəmisinin heyət üzvlərinin məlumatına görə, hücum zamanı xəsarət alan olmayıb”, deyə Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznev açıqlamasında bildirib.

Bakı vaxtı ilə 20.50-də iki “Mi-25” helikopteri və üç sürətli hərbi kater “Çerkassı” gəmisinə hücuma keçib.

Bir müddət sonra Rusiya hərbçiləri gəminin göyərtəsinə qalmağa müvəffəq olublar. Sonra gəmi Rusiya hərbçiləri tərəfindən yedəyə alınaraq aparılıb.

23.00-da “Çerkassı” gəmisinin ələ keçirildiyi məlum olub.

Xatırladaq ki, Rusiya hərbçiləri ötən gün Ukraynanın “Konstantin Olşanski” hərbi gəmisini ələ keçiriblər.
1117 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:39