Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2014

"Rusiya Krımdan çıxmayacaq"

ABŞ prezidenti Barak Obama bəyan edib ki, Rusiya strateji vacib mövqedən geri çəkilməyəcək və Krımdan getməyəcək. Associated Press-in verdiyi məlumata görə, Birləşmiş Ştatlar prezidenti etiraf edib ki, Qərb ölkələrinin təzyiqləri Putina əhəmiyyətli şəkildə təsir etməyib.

Bununla belə, Barak Obama əlavə edib ki, beynəlxalq ictimaiyyət Krım yarımadasının Rusiya tərəfindən işğalını qəbul etməyəcək. Niderlandda nüvə təhlükəsizliyi sammitində iştirak edən Barak Obama və Avropa liderləri Krımdakı vəziyyətə hərbi müdaxilənin az ehtimal olunduğu qənaətinə gəliblər.

Barak Obama qeyd edib ki, indi ABŞ və Avropanın bütün səyləri Rusiyanın Ukrayna ərazilərini işğalını genişləndirməsinin qarşısını almağa xidmət edir.
1545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP