Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2014

Martın 30-da əqrəblər 1 saat irəli çəkiləcək

Adil Qeybulla: “Saat dəyişkənliyi daha çox xəstə insanlara təsir edir”

Azərbaycan martın 30-da növbəti dəfə yay saatına keçəcək. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, 2014-cü ildə Azərbaycan ərazisində yay vaxtına keçid mart ayının son bazar günü, yəni martın 30-da saat 4:00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək. Yay vaxtı dedikdə, ümumi qəbul edilmiş saat qurşağına münasibətdə bir saat irəli çəkilmiş vaxt nəzərdə tutulur.

Yay vaxtının müasir sistemini 1895-ci ildə Yeni Zelandiya entomoloqu C.V.Hadson təklif etmişdir. İlk dəfə isə saatlar 1908-ci ildə İngiltərədə çəkilib. Rusiya ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində irəli və geri çəkilir. Bəzi Şərq ölkələri qış-yay vaxtlarına keçidlərdən imtina ediblər. Bu addımlar əsasən havanın işıqlı vaxtında daha səmərəli istifadə üçün atılır.

İqtisadçılar bu keçidlərin ölkələrə ciddi iqtisadi ziyan verdiyini bildirsələr də, müsbət hallarının olmasını da inkar etmirlər. Rusiyada aparılan araşdırmalara və statistikaya əsasən, yay vaxtına keçidin ilk beş günündə, infarkt səbəbli ölüm halları 75 faiz, digər səbəblərdən ölüm halları 12 faiz artır. Dünyanın müxtəlif ölkələrində aparılan elmi araşdırmalar və həkim rəyləri sübut edir ki, saat əqrəblərinin irəli-geri çəkilməsi insanların səhhəti ilə bağlı müəyyən problemlər yaradır. Mütəxəssislərin fikrincə, vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərir. Alimlər qeyd edirlər ki, insan orqanizminin öz bioloji saatı var və yay vaxtına keçidlə əlaqədar olaraq bəzi insanlarda təzyiq qalxır, stress yaranır, yuxu rejiminin pozulması halları baş verir, ürək-damar xəstəlikləri yaranır, immun sistemi, maddələr mübadiləsi pozulur.
1138 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...