Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2014

İdman, qripə tutulmaq riskini yarıya salır

İdman, qripə tutulmaq riskini yarıya salır İngiltərədə edilən bir araşdırmaya görə, 2 il müddətində yarım saatlıq idman etmək qripə tutulma riskini 50% azaldır.
Məlumatda oda bildirilir ki, London Gigiyena və Tropik Tibb Məktəbi internet üzərindən 4800 adamla anket sorğusu aparıb.
Nəticədə yüngül idman etməyin eyni təsiri göstərmədiyi üzə çıxıb. Anketdə iştirak edənlərdə yaşları, uşaq sahibi olub-olunmadığı, qrip peyvəndi edilib-edilməməsi, idman növlərində iştirakı (qaçış, velosiped sürmə və s.) ilə bağlı suallar verilib. Anket nəticələri hər min qrip hadisəsindən yüzünün möhkəm məşqlə önləndiyini göstərib.
Araşdırmaçı Dr.Adler, bildirib ki, digər xəstəliklərə də idman təsirlidir. Onun sözlərindən aydın olur ki, yaxşı havalarda insanlar özlərinə diqqət göstərməli, boş vaxtlarında idmanla ciddi məşğul olmalıdır. Bunun üçün lazımi proseduralar nəzərə alınmalı və düzgün məşq edilməlidir.
Möhkəm idman insanı güclü etməklə can sağlığını daima qoruyur. Daha çox xəstəliklərin qarşısını almağa və insanın gümrah olmasına təsir göstərir.
1094 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat