Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2014

Türkiyə Suriya təyyarəsini vuraraq "əl-Qaidə"yə dəstək verdi

Türkiyə Suriya təyyarəsini vuraraq "əl-Qaidə"yə dəstək verdi – CHP sədri

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlu bəyan edib.

"Süleyman Şah türbəsini səbəb göstərərək, ordunu Suriya ərazisinə salmaq istəyirlər. Bu, bir it döyüşüdür. Türkiyə zorla döyüşmək istəyir. Müharibə, zəruri olmadıqca, cinayətdir. Suriya bizim üçün təhlükəlidirmi? - Xeyr. Suriyanın problemləri, onsuz da, başından aşır. Niyə o ölkənin torpaqlarında kəşfiyyat təyyarəsi vurulmalıdır? Əldə olan məlumatlara görə, kəşfiyyat təyyarəsi "əl-Qaidə"nin sığındığı yeri təyin etmək istəyirmiş. O təyyarəni vuraraq "əl-Qaidə"yə dəstək verdilər.", -partiya sədri bildirib.
1219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24