Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2014

Keçmiş icra başçısı ilə polis rəisi əlbəyaxa oldu

Azərbaycanda keçmiş icra başçısı ilə polis rəisi Bakıdakı "Madonna" restoranında münasibətlərini ayırd etdilər

Azərbaycanda sabiq icra başçısı ilə polis rəisi arasında dava düşüb.

Dava martın 23-də Bakıdakı "Madonna" şadlıq sarayında, Şabran rayonunun prokuroru Mübariz Bayramovun oğlu üçün etdiyi toy məclisində baş verib. Belə ki, vaxtilə Laçın rayonunun prokuroru işləyən M.Bayramov toy məclisinə Laçınlı məmurları da dəvət edib. Toyda Laçın rayon polis şöbəsinin rəisi Məhəmməd Kərimov, sabiq deputat, hazırda Yardımlı rayon icra başçısı işləyən Sevindik Hətəmov, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılov və Laçın rayon PŞ-i DYPB-nin keçmiş rəisi İlqar Mehtiyev də iştirak ediblər.

Toyda Laçın rayon RPŞ-nın rəisi M.Kərimov keçmiş başçının salamını almayıb. Bu vaxt keçmiş başcı R.Cəbrayılovla göruşən keçmiş DYPB-nın rəisi İ.Mehtiyev R.Cəbrayılovdan soruşub ki,"mən sizə nə etmişdim ki,məni işdən çıxartırıb təqaudə göndərdiniz." R.Cəbrəyılov isə onu polis rəisinin işdən çıxartdığını deyib. səni mən yox öz polis rəisin işdən çıxartırıb. Keçmiş icra başçısı polis rəisinin keçmiş DYPB rəisindən DİN rəhbərliyinə şikayətlər etdiyini bildirib.

İlqar Mehtiyev isə eks-icra başçısının dediklərini polis rəisinin diqqətinə çatdıraraq, bu dəfə onu "razborka"ya çəkməyə cəhd edib. Bu zaman keçmiş icra başçısı ilə Laçının polis rəisi arasında dava düşüb. Bir-birini söyən və vuran R. Cəbrayılovla M.Kərimovu Suraxanı rayon polis şöbəsinin rəisi sakitləşdirməyə çalışıb. Keçmiş icra başçısını Suraxanı polisinin rəisi hadisə yerindən uzaqlaşdırıb. Polis rəisi Məhəmməd Kərimovu isə əslən Kəlbəcərdən olan Siyavuş adlı prokurorluq işçisi hadisə yerindən uzaqlaşdırıb.

Mübahisə zamanı polis rəisi Məhəmməd Kərimov keçmiş icra başçısına 100 tonlarla yanacaq satdığını, yardım pullarını mənimsədiyini, qeyri-əxlaqi hərəkətlər etdiyini xatırladıb. Polis rəisi Laçın camaatının hələ də keçmiş icra başçısından şikayətlər etdiyini deyib.

Qeyd edək ki, Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılov hazırda Kənd Təsərüffatı Nazirliyində çalışır./avropa/
1317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber