Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

22 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-12, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Oktyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur.
Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında nisbətən mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1841 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber