Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2014

Krımda bütün hərbi hissələrdə Rusiya bayraqları qaldırılıb

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı: Krımda bütün hərbi hissələrdə Rusiya bayraqları qaldırılıb

Rusiya bayraqları həmçinin Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 51 gəmidə dalğalanır

Krımda yerləşən bütün hərbi hissələrdə Rusiya bayraqları qaldırılıb.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov deyib.

Onun sözlərinə görə, Ukrayna ordusunda xidmət etmək istəyini açıqlayan bütün hərbçilər silahları təhvil veriblər. İndi onlar Krımı tərk etməyə hazırlaşırlar.

V.Gerasimov bildirib ki, Sevastopoldakı müvəqqəti qeydiyyat məntəqəsində artıq 1500 ukraynalı hərbçi qeydiyyatdan keçib. Onun sözlərinə görə, Ukrayna ordusunun hərbçiləri və onların ailəüzvləri Krımdan dəmir yolu xətti ilə yola salınacaq.

Krımda yerləşən 193 hərbi hissə ilə yanaşı Rusiya bayraqları Ukrayna Hərbi Dəniz Qüvvələrinin 51 gəmisində də qaldırılıb.

Hazırda Ukrayna tərəfi cəmi 10 gəmiyə nəzarət edə bilir.
1179 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber