Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2014

Suriyadakı “Əl-Qaidə”yə aid IŞİD silahlıları Türkiyə qırıcılarını hərəkətə gətirdi

Suriyaya məxsus döyüş təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulduqdan sonra ona yeni əmr verilib. Yeni əmrdə qeyd olunub ki, türk hərbçiləri Türkiyənin hava sərhədinin pozulması zamanı Ankara və hər hansı bir məkəzdən “vur” əmrini almağı gözləməməlidirlər. Türk Hərbi Hava Qüvvələri ölkənin hər hansı bir tərəfdən hava sərhədinin pozulması faktını aşkar etdikdə dərhal hədəfi vurmalıdır. Verilən məlumata görə, artıq içərisi bombalarla yüklənmiş Türkiyə Hərbi Hava Qüvvələrinə məxus F-16 tipli qırıcı təyyarələr Suriyadakı yeganə türk toprağı olan Süleyman Şah Türbəsini müdafiə etmək üçün havada dövrə vururlar.

Qeyd edək ki, “əl-Qaidə”yə aid IŞİD silahlıları Süleyman Şah Türbəsi üzərindən Türkiyə bayrağının aşağı salınması üçün 24 marta qədər vaxt vermişdilər. Əgər buna əməl olunmasa türbəni dağıdacaqlarını bəyan etmişdilər./ans/
1458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı