Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2014

ABŞ-da şəhər meri rüşvət aldığı üçün həbs edilib

ABŞ-ın Şimali Karolina ştatının iri şəhərlərindən olan Şarlott meri həbs edilib.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, 47 yaşlı Patrik Kennon xüsusi xidmət orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Şəhər merinin həbsinə səbəb onun rüşvət almasıdır. Kennonu 1 milyon dollar məbləğindən artıq cərimə və 20 ilədək həbs cəzası gözləyə bilər.

Patrik Kennon Demokrat partiyasının üzvüdür, mer seçkilərində 2013-cü ilin noyabrında qalib gəlib.

Qeyd edək ki, Şarlott şəhəri Nyu-Yorkdan sonra ABŞ-ın ən iri maliyyə mərkəzidir. Burada ölkənin ən iri banklarından biri – Bank of Amerikanın baş ofisi və bir sıra iri korporasiyalar yerləşir.
1244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı