Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2014

Misirdə kütləvi ölüm hökmü etirazlara səbəb olub

Qahirə universitetinin qarşısında bir araya gələn minlərlə tələbə hökumətə qarşı şüarlar səsləndirməyə başlayıb

Misirdə bir qədər əvvəl sabiq hökumət tərəfdarlarına qarşı çıxarılan kütləvi ölüm hökmü etirazlara səbəb olub.

Qahirə məhkəməsi 3 gün əvvəl "Müsəlman Qardaşlığı" partiyasının 520-dən çox üzv və tərəfdarlarına qarşı ölüm hökmü vermişdi.

Qahirə universitetinin qarşısında bir araya gələn minlərlə tələbə hökumətə qarşı şüarlar səsləndirməyə başlayıb. Daha sonra bir qrup fəal təhlükəsizlik qüvvələrinə daş və küt maddələrlə hücum ediblər. Polis isə gözyaşardıcı qazlarla aksiyaya müdaxilə etməyə çalışıb.

Qarşıdurmalar zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Polis zorakılıq törədən bir neçə nəfəri həbs edib.

Bu arada, ölkənin baş qərargah rəisi Əbdül Fəttah əl-Sisi vəzifəsindən istefa verib. Misir mediyasının verdiyi məlumata görə, dövlət rəsmisi qarşıdan gələn prezident seçkilərində iştirak edə bilmək üçün belə bir addım atıb. Misirdə stabilliyin təmin olunması üçün vaxtın yetişdiyini bildirən Əl-Sissi ölkənin inkişafı üçün əlindən gələni edəcəyini qeyd edib.

«Misir heç bir xarici partiyalar üçün oyun mərkəzi deyil. Biz başqalarının işlərinə qarışmırıq və xaricdən heç bir müdaxiləni də qəbul etmirik» - deyə əl-Sissi qeyd edib.
1377 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 18:04