Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2014

Əliyevdən “nurçu” məmurların “vurulması” tələbi

Türkiyənin baş naziri Elnur Aslanovun işdən çıxarılması ilə kifayətlənmək istəmir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan hakimiyyətindən “nurçu”lara qarşı daha ciddi mübarizə aparılmasını tələb edir. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, Ərdoğan hökuməti “nurçu”luqda ittiham olunan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun tutduğu vəzifədən azad edilməsini yüksək qiymətləndirsə də, bununla kifayətlənmək istəmir.
Türkiyə hökuməti adı “nurçu”larla əlaqədə hallanan digər məmurlar barəsində də tədbirlər görülməsinə israr edir. Ərdoğanın çıxışlarından da aydın görünür ki, o, “nurçu”ların hər yerdə sıradan çıxarılmasına cəhd edir. Eyni zamanda Türkiyənin baş naziri martın 30-da keçiriləcək bələdiyyə seçkilərindən sonra Fətullah Gülən və komandasına qarşı daha sərt addımlar atılacağını gizlətmir. Güman ki, indi Azərbaycandakı “nurçu”ların zərərsizləşdirilməsinə israr edən Ərdoğan seçkidən sonra bu məsələ ilə bağlı Azərbaycan hakimiyyəti ilə daha sərt tonda danışacaq.
Qeyd edək ki, Elnur Aslanovla yanaşı bir sıra komitə sədrlərinin, nazirlərin və nazir müavinlərinin də adı “nurçu”larla əlaqədə hallanır. Azərbaycan hakimiyyəti isə birdən-birə komandada “təmizləmələr” aparmaq niyyətində deyil. Bildirilir ki, iqtidarın zirvəsində bu “təmizləmələr”in ciddi fəsadlar yarada biləcəyindən ehtiyat edirlər./azadlıq/
1131 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber