Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2014

Azərbaycanlı terrorçular Suriyadan cənnətə getmək istəyirlər

Suriyadan Azərbaycana qara xəbərli telefon zəngləri...

Bir neçə gün öncə qardaşı oğlunun aldadılaraq Suriyaya aparılması haqqında məlumat verən Fərman Abdullayevin söylədiyi tükrüpədici xəbərlərlə bağlı oxuculara geniş məlumat vermişdik. Ötən gün həmin şəxs Suriyadan dəfələrlə zəng olunan telefon nömrələrini redaksiyamıza təqdim edib və əlaqədar qurumları tədbir görməyə çağırıb. Həmin nömrələri nəzərinizə çatdırırıq:
+963 950 272 864
+ 963 937 992 086
+963 934 003 501
Bu telefon nömrələrindən Azərbaycanla əlaqə saxlanılıb. Sonuncu dəfə +963 934 003 501 nömrəsindən fevralın 17 də zəng vurulub, daha sonra mart ayının əvvəllərində bir mesaj gəlib. Mesajda “Məni bu dünyanı istəmirəm və mən cənnətə getmək istəyirəm” kimi sözlər qeyd olunub.
Qeyd edək ki, Rəfail Abdullayevv 2013-cü ilin iyun ayında Türkiyəyə oxumaq adı ilə getsə də sonradan onun sorağı Suriyadan gəlib və döyüşməyə aparıldığı bəlli olub./moderator/


1316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:11
Türk