Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2014

Samux polisi haqqında şok iddia

Rəisin əməkdaşların məvacibi hesabına özünə restoran tikdiyi iddia edilir

Samux rayon polis şöbəsində külli miqdarda korrupsiyaya yol verildiyiylə bağlı rayondakı mənbələrdən məlumat daxil olub. İddialara görə Samux rayon polis şöbəsinin rəisi polis polkovniki Akif Nəbiyev şəxsi heyətin maddi və sosial təminatları üçün nəzərdə tutulmuş bəzi vəsaitləri mənimsəyərək qanunvericiliyin tələblərini kobud surətdə pozur. Belə ki, polis əməyinin ödənilməsi haqqında qanunda nəzərdə tutlmuş olan ildə bir dəfə verilməli “maddi yardım”ın mənimsənildiyi və həmin yardımdan şəxsi heyətə heç nə çatmadığı iddialar arasındadır. Mənimsəməninsə polis şöbəsinin maliyyə rəisi tərəfindən Akif Nəbiyevin "bankomat kart”ına vurularaq ələ keçirildiyi bildirilir. Bu faktlarla yanaşı həm də DİN tərəfindən Samux polisinə ayrılan yanacaq limitinin də polis rəisi tərəfindən mənimsənilərək rayonun bir neçə yerində satıldığı iddialar arasındadır. Daha acınacaqlısı isə poliş şöbəsinə bitişik olan şəkildə gördüyünüz rəisə məxus olduğu iddia edilən bu restoranın tikilib başa çatdırılması üçün əməkdaşların aylıq məvaciblərindən də hər ay müəyyən miqdarda pul tutulması xəbəridir.
Bizə çatdırlan bu məlumatın nə dərəcədə doğru olub-olmadığını müəyyənləşdirmək imkanında deyilik, çünki həmin mənbə israrla məlumatın kim tərəfindən ötürüldüyünün gizli saxlanılmasını xahiş edib. Ümid edirik ki, nazirliyin müvafiq strukturları məlumatı araşdıracaq və belə bir halın olub-olmadığına aydınlıq gətiriləcək./moderator/


2533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı