Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2014

Abdullah Öcalan: "Mən deyirəm, Ərdoğan edir"

Türkiyədə həbsdə olan Abdullah Öcalana məxsus olduğu iddia edilən yeni səs yazısı yayılıb. Səs yazısında Öcalan, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğandan bəhs edib. Səs yazısı “Tayyib dediklərimi edir” başlığı ilə “Youtube”də yerləşdirilib.

Səs yazısında Öcalanın dediklərini Ərdoğanın həyata keçirdiyi vurğulanıb: “Bütün bunların startegiyasını mən hazırlayıram. Mən deyirəm, Ərdoğan edir. Buna görə də Baxçalı qiyamət qoparır. Baxçalı ağıllı adamdır. Apo deyir, Ərdoğan yerinə yetirir”.

Daha sonra Öcalana aid olduğu iddia edilən səs yazısında İsrail rejimi ilə Ərdoğanın arasında olan münasibətlərdən danışılıb.
Türkiyə mətbuatı isə bu ifadənin dolayı yolla Ərdoğanı yəhudi lobbisinin vəzifəyə gətirməsi barədə fikirlərə işarə etdiyini yazıb./deyerler/
1506 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı