Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

Sürücülük vəsiqəsi necə alınacaq?

İmtahanın birinci mərhələsi xüsusi qapalı meydanda və ya motodromda, ikinci mərhələ isə sınaq marşurutlarında baş tutacaq
Sürücülük vəsiqəsi almaq üçün imtahan şərtlərində dəyişiklik edilib. Bundan sonra sürücü olmaq istəyənlər üçün praktik avtomobil sürücülüyü imtahanı iki mərhəldə aparılacaq.

Nazirlər Kabinetinin təsdiqlədiyi dəyişikliyə əsasən birinci mərhələ xüsusi qapalı meydanda və ya motodramda, ikinci mərhələ isə sınaq marşurutlarında baş tutacaq. Yəni sürücülük vəsiqəsi almaq istəyən şəxslərə müəyyən olunmuş avtomagistral yolda hərəkət etmək imkanı yaradılacaq. Həmin şəxslər marşurutun xəritəsi ilə əvvəlcədən tanış ola biləcəklər. Hər iki mərhələyə nəzarət, informasiya komunikasiya texnalogiyaları tərəfindən həyata keçiriləcək. Sürücülərin bu dəyişikliyə münasibəti isə birmənalı deyil.

Anspress xəbər verir ki, avtoekspertlər hesab edirlər ki, imtahanların qəbul edilməsi qaydalarının təkmilləşdirilməsi müsbət nəticələr verə bilər. Məsələn sürücülük vəsiqəsi almaq istəyən şəxs sürücülük məktəblərində müəyyən olunmuş saatlarda təlim keçirlər ki, bu da müddət etibarı ilə az olduğundan onu qavramağa imkan vermir. Eləcə də həmin dərs saatlarının bəzən istənilən səviyyədə keçilməməsi də praktiki mərhələdə sürücü üçün çətinliklər yaradır.

Avtoekspert Azər Allahverənov hesab edir ki, yeni sistem sürücülük vəsiqəsini almaq istəyənlərin avtomobil idarəetmə bacarıqlarını tamamilə ortaya qoyacaq. Eyni zamanda bu istiqamətdə baş verə biləcək hər hansı bir neqativ halların da qarşısını alacaq.

Artıq beynəlxalq təcrübədə də bu sistemlərdən istifadə olunur. Məsələn Finlandiyada sürücülük vəsiqəsini almaq istəyənlər bir neçə mərhələdə imtahan verməli olurlar. Bunun maraqlı tərəfi isə ondadır ki, sürücülər üçün nəzərdə tutulan məktəblər avtoparklar müxtəlif hava şəraitinə hesablanıb. Yəni sürücü olmaq istəyən şəxs istənilən fəsildə avtomobili düzgün idarə etmək bacarığına yiyələnməlidir.
1960 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber