Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2014

Azərbaycan hakimiyyətinin rüşvət alıb-verməkdə analoqu yoxdur”

Aqil Səmədbəyli: “Bu hakimiyyət alternativ siyasətə həyat haqqı tanımır”

İllər uzunudur ki, müxalif siyasilər hakimiyyətin demokratik islahatlara start verməyəcəyi təqdirdə ölkə daxilində ciddi kataklizmlərin baş verəcəyini iddia etsə də, hələ də bütün ölkəni ayağa qaldıran belə bir böhran baş vermiş deyil. Siyasilərin bəzisi bunu cəmiyyətin hakimiyyət
qarşısında duyduğu kütləvi xof, bəzisi isə hakimiyyətin vətəndaş həmrəyliyinin qarşısını alan, ictimai rəyi parçalayan bacarıqlı manevrləri ilə əlaqələndirir.
Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli baş verənləri hakimiyyətin cəmiyyət və müxalifətə lazımi bələdçiliyi ilə izah etdi:
“Hakimiyyət artıq müxalifəti də, cəmiyyəti də çox yaxşı tanıyır. Hər zaman da nə cür davranmaq, necə manevr etmək mövzusunda ustalaşıblar. Eyni zamanda, bu hakimiyyət beynəlxalq təşkilatlardan bir çox adamları rüşvət yolu ilə ələ alıb. Etiraf edim ki, rüşvət alıb-vermə sahəsində bizim hakimiyyətin analoqu yoxdur. Bir də bizim cəmiyyət tam olaraq təşkilatlanmamış cəmiyyətdir. Misal üçün, Türkiyədə zibilyığanların da öz təşkilatı var, cəmiyyət tam təşkilatlanmış cəmiyyətdir. Buna görə də kollektiv hərəkət etmə ənənəsi var. Bizdə isə fərdiyyətçi cəmiyyətdir. Təşkilatlana bilməmişik. Alternativ siyasətə isə hakimiyyət həyat haqqı tanımır.
1552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı