Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2014

“Rusiya Ukraynaya hərbi müdaxiləyə hazırlaşır“

ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya mümkün hərbi müdaxiləsi barədə xəbərdarlıq edib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

"ABŞ kəşfiyyatı son üç-dörd gündə müşahidə olunan həyacanlı sipmtomlara görə bu qənaətə gəlib", - CNN bildirib.

Amerikalı ekspertlər Luqansk, Donetsk, Xarkova zərbə endirilməsini, Dnestryanı əraziyə desant çıxarılmasını gözləyir, eləcə də Pribaltika ərazisinin işğalını istisna etmirlər. NATO qüvvələrinin komandanı, general Filip Bridlav konqresmenlərə bildirib ki, Rusiyanın sərhədə yerləşdirdiyi hərbi qüvvələr bu hərbi planı yerinə yetirmək iqtidarındadır.

Amerika hərbi kəşfiyyatının məlumatına görə, Rostov-Don, Kursk, Belqorod rayonlarına təcili əməliyyat təyinatlı 30 000 əsgər yerləşdirilib. Eyni zamanda Rusiyanın digər şəhərlərindəki hərbi birləşmələr döyüş hazırlığı vəziyyətinə gətirilib.
1433 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...