Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2014

Yasamalda bayram qarşıdurması: 2 polis avtomobili yararsız hala salınıb

Novruz bayramı axşamı Bakıda polislə vətəndaşlar arasında qarşıdurma baş verib.

Martın 21-nə keçən gecə Yasamal rayonu ərazisində - Şərifzadə küçəsində 45-50 nəfər sakin tonqal qalayaraq Novruzu qeyd edib. Yolda hərəkətin çətinləşməsini və səs-küyü əsas gətirən Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin və Çevik Polis Alayının operativ qrupları sakinləri dağılışmağa və ictimai asayişə dəvət edib. Lakin bu zaman bir qrup gənc müqavimət göstərib və qarşıdurma yaranıb. Onlar dəmir parçaları, daş və butulkalarla polisə hücum ediblər. Münaqişə zamanı 28-ci Polis Bölməsinə məxsus 90 AD 117 nömrə nişanlı “Fiat Dablo” və Çevik Polis Alayına məxsus digər avtomobil yararsız vəziyyətə salınıb. Avtomobillərin şüşələri sındırılıb. Bir neçə nəfər yüngül xəsarət alıb. Əraziyə əlavə polis qüvvələrinin cəlb edilməsi ilə münaqişənin böyüməsinin qarşısı alınıb.

Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə iş başlanılıb. Bir neçə nəfər saxlanılıb./lentaz/
1439 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber