Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2014

Kənd sakini və hərbçimiz yaralanıb

Ermənilər Tovuzun Əlibəyli kəndini intensiv atəşə tutub, kənd sakini və hərbçi yaralanıb - YENİLƏNİB

Tovuz rayonu Əlibəyli kəndinin erməni silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması nəticəsində Əlibəyli kənd sakini və Azərbaycan ordusunun hərbçisi yaralanıb.

Əlibəyli kənd İcra nümayəndəsi Valeh Rzayevin qərb bürosuna verdiyi məlumata görə, Əlibəyli kənd sakini 40-42 yaşlı Etibar Tağıyev ayağından yaralanıb. Məlumata görə, o evində olarkən düşmən gülləsi evin divarını dəlib keçərək E.Tağıyevin ayağına dəyib. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bundan başqa, Azərbaycan ordusunun bir hərbçisinin də ayağından güllə yarası aldığı bildirilir.

Hərbçinin rütbəsi və şəxsiyyəti dəqiqləşdirilir./apa/
1949 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP