Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2014

Ukrayna yenə qarışdı

Ukraynada Ali Radanın binasına hücuma olundu

Ukraynada “Sağ sektor” hərəkatının fəalları Ali Radanın binasına hücuma keçib.

Ali Rada binasının qarşısında 2000-dən çox “Sağ sektor”un təmsilçisi toplaşıb. Məlumata görə, üzü maskalı və dəyənəklərlə silahlanmış insanlar daxili işlər naziri Arsen Avakovun istefasını tələb edir. Onlar həmçinin sabiq müdafiə naziri İqor Tenyuxun hərbi tribunala cəlb olunmasını tələb edirlər.

Fəalların artıq parlamentin şüşələrini qırdığı bildirilir. Nəşrin məlumatına görə, etirazçılar yandırmaq üçün özləri ilə avtomobil şinləri gətirib.

Deputatlar və parlament aparatının əməkdaşları artıq binanı tərk ediblər. Binada yalnız mühafizəçilərin olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl Maydanda bir neçə gün əvvəl öldürülən “Sağ sektor”un fəalı Aleksandr Muzıçkonun (Saşko Bilıy) xatirəsinə həsr olunmuş “xalq yığıncağı” keçirilib.
1408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41