Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2014

Suriyada daha iki azərbaycanlı terrorçu məhv edilib - (Fotolar)

Suriyada Azərbaycanın daha iki vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb.

Bu barədə terrorçulara  məxsus saytlar məlumat yayıb. Məlumata görə, ölən döyüşçülər “İraq Şam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan “Səlahəddin” və “Ləzgi Həmzə” ləqəbli Azərbaycan vətəndaşlarıdır.

“Səlahəddin” ləqəbli azərbaycanlının əsl adının Mahmud, özünün isə Azərbaycanın Şəki rayonundan olduğu bildirilir.

Terrorçular sosial şəbəkələrdə hər iki şəxsin fotosunu da paylaşıblar.

Onların bir müddət əvvəl öldürüldüyü bildirilir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb.

Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yayılıb./apa/


1675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18