Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2014

Partiya başqanından şok iddia

Türkiyədə CHP başqanı Kamal Kılıçdaroğlu iştirak etdiyi “Fərqli fikir” televiziya proqramında CHP-nin keçmiş başqanı Dəniz Baykalın video görüntülərinin Baş nazir Rəcəb Tayyib Ərrdoğanın təlimatıyla yayıldığını iddiasına dair səs yazısıyla bağlı şok açıqlamalar verib.

Kılıçdaroğlu Baş nazir Ərdoğanın kasetləri izləyərkən videoya çəkildiyini və o videonu izlədiyini iddia edib.

Baş nazir Ərdoğanın videoya çəkildiyindən xəbəri olmadığını irəli sürən Kılıçdaroğlu bunları deyib: “Bir çox böhtanlar atılıb. CHP-ə atılıb. Eynəyi taxıb o kasetləri izlədiyini görmüşəm. Bir deyil çoxlu kaseti izlədiyini görmüşəm. Harada gördüyümü deyə bilmərəm. Videosu var. Dizüstü (notebook) kompüterdən Ərdoğana izlətdirdilər və söhbət etdilər. İzlədənlər eyni zamanda onu da videoya çəkirdilər. Elə həmin kompüterin üstündəki kamerayla Ərdoğanı da çəkirdilər. Ümid edirəm, yaxın vaxtlarda bu görüntülər internetə düşər və Ərdoğanın necə bir adam olduğunu bu millət görər. Mən bu qədər alçaqlıqla yalan danışan adam görməmişəm. Hörmətli Baykal da bu vəziyyəti bilir və buna görə Ərdoğanı məhkəməyə verir”.
1388 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber