Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2013

BMT-nin insan haqları üzrə ali komissarı İrana dəvət olunub

İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə BMT-nin insan haqları üzrə ali komissarı xanım Navi Pilay arasında görüş keçirilib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 68-ci sessiyası çərçivəsində baş tutub.

Görüşdə İranla BMT İnsan Haqları üzrə Ali Komissarlığı arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və s. məsələlər əsas müzakirə mövzusu olub.

Məhəmməd Cavad Zərif BMT rəsmisini ölkəsinə səfərə dəvət edib. N.Pilay təklifi qəbul edib.
892 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11