Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2014

28 martda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Martın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Martın 28-də əsasən gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-9, gündüz 11-16 isti, dağlarda gecə 2 şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Martın 28-də Abşeron yarımadasında mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaq. Martın 29-da atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Martın 30-da isə atmosfer təzyiqinin təzadlı tərəddüdü, güclü xəzri küləyi, ötən günlə müqayisədə havanın temperaturunun qısa müddətdə kəskin enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.
1513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber