Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2014

Rusiya sərhədlərinə “İsgəndər” raketləri yerləşdirir

Rusiya qonşusu Qazaxıstanla sərhədə “İsgəndər” tipli operativ-taktiki kompleksləri yerləşdirməyə hazırlaşır.

Hərbi analitik Viktor Litovkin sözlərinə görə, Orta Asiyada vəziyyətin gərginləçəcəyi təqdirdə Kollektiv Təhlükəsizlik razılaşmasına əsasən Rusiya Qazaxıstan sərhədinin 100 km-də sözügedən qurğular yerləşdirəcək: ”Amerikalıların Əfqanıstandan çıxmasından sonra müəyyən təhlükələr proqnozlaşdırılır. Hazırda bu komplekslər qərb, cənub və şərq hərbi dairələrində yerləşdirilib. Analoji addımın mərkəzi hərbi dairəsində də atılmasının vaxtı çoxdan çatıb. Bununla da keçmiş Sovetlər Birliyi ərazisini nəzarətdə saxlaya biləcəyik”.

Xatırladaq ki, analoqu olmayan “İsgəndər” raket-qurğusu ilk dəfə 1999-ci ildə nümayiş olunub, rəsmi istifadəyə isə 2006-ci təqdim olunub.
1510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP