Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2014

Elmar Hüseynovun atasının səhhəti normallaşıb

Mərhum jurnalist Elmar Hüseynovun atası Sabir Hüseynov martın 2-də oğlunun ölümünün ildönümündə onun məzarını ziyarət edə bilməmişdi.

S.Hüseynov bu gün “Media forum”a deyib ki, hazırda səhhəti yaxşıdır, müalicəsini davam etdirir, tək dərman yox, qida da qəbul edə bilir. Sabir Hüseynov əsasən qan təzyiqindən əziyyət çəkdiyini söyləyib. O qeyd edib ki, martın 2-də ziyarətə gələ bilməsə də, sonradan oğlunun məzarına baş çəkə bilib.

Sabir Hüseynov Elmar Hüseynovun qətlinin istintaqında yenilik olmadığını da bildirib: “İş bağlı qalıb. Heç kim nə dinir, nə danışır”.

Sabir Hüseynov oğlunun ölkədən mühacirət etmiş ailəsi ilə əlaqələrinin olmadığını da vurğulayıb.

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ildə Bakıda odlu silahla qətlə yetirilib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır. Azərbaycanın hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.

Mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarında oğlu Aslanla birgə Norveçə mühacirət edib.
1660 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP