Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2014

Eldar Əzizova qarşı “belli aksiya”

Sumqayıt şəhərindəki 10-cu və 13-cü mikrorayonların sakinləri bu gün aksiya keçiriblər.

Bu barədə virtualaz.org saytına 10-cu mikrorayon, Babək küçəsinin sakinləri məlumat veriblər.

Xəbərdə deyilir ki, 13 binanın sakinləri mərkəzi yolun bağlanması maraqlı etiraz forması seçiblər. Belə ki, əllərində bel olan aksiya iştirakçıları ərazidəki çalaları doldurmağa başlayıblar.

Lakin aksiya keçirilən məkana gələn polis əməkdaşları sakinləri ərazidən uzaqlaşdırmağa çalışıb. Bu isə narazı sakinləri daha da qəzəbləndirib.

Sakinlər dedilər ki, yolu dağıdaraq ərazidə çoxmərtəbəli binalar tikirlər. Lakin söküntü-tikinti işləri adətən gecə saatlarında gizli şəkildə aparılır: “Səhər yolun bir az da dağıdıldığının şahidi oluruq. Əvvəllər bu ünvanda 10 hektar sahədə “Cümhuriyyət parkı” yerləşirdi. Parkın ərazisi də bir-iki gecənin içində satılaraq dağıdıldı. Məsələ ilə bağlı Sumqayır Şəhər İcra Hakimiyyətinə, icra başçısı Eldar Əzizova dəfələrlə müraciət etmişik. Lakin buna heç bir reaksiya verilmir”.

Şikayətçilər qeyd etdilər ki, yolun sökülərək iş adamlarına verilməsi icra hakimiyyətinin icazəsi olmadan mümkün deyil. Buna görə də şikayətlərə reaksiya verilməyənə qədər aksiyalara davam edəcəklər. Qeyd edək ki, həmin yoldan gün ərzində 5 min sakin istifadə edir.

Çox qəribədir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə virtualaz.org saytına şəhərdə keçirilən aksiyadan və iki mikrorayonun yüzlərlə sakininin şikayətlərindən xəbərsiz olduqlarını deməklə kifayətləndilər.

Maraqlıdır, Sumqayıt Şəhər İcra Hakimiyyətində oturan və deyəsən, elə yalnız boş-boş oturmağa görə maaş alan məmurlar görəsən, heç olmasa Gəncədə və ya Astarada baş verənlərdən xəbərdardırmı?! Barı o haqda məlumatlı olaydılar...
1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP