Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

Jirinovski: “Bu Azərbaycana qarşı deyil, Qafqaza qarşı aksiyadır”

"Problem savadsız adamların çox sayda işlədiyi yerlərdədir, orada yerli əhali ilə münaqişələr yaranır"
“Rusiyada Azərbaycan əleyhinə kampaniya yoxdur, əhalidə Qafqaz əleyhinə əhval-ruhiyyə var”. Bu barədə Ans-in Moskva bürosunun əməkdaşına Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

Onun sözlərinə görə, Ruslar üçün miqrantların haralı olmasının elə də əhəmiyyəti yoxdur: “Ruslar elə də ayrıd edə bilmirlər ki, dağıstanlı kimdir, azərbaycanlı kim. Çeçenlər, hətta Orta Asiyalılar da. Onlar üçün hamı eynidir - cənubludurlar, gəlmədirlər, miqrantdırlar. Bunların hamısına ümumi bir Qafqaz adı veriblər… Ayrı-ayrı millətlərə nifrət yoxdur. Məsələn, Azərbaycan restoranları “Şeş-beş” var. Ofisiantlar hamısı rusdur, amma mətbəx Azərbaycana məxsusdur. Gözəl hazırlayırlar. Hansısa idarədə azərbaycanlının işləməsinin də problemi yoxdur. Problem savadsız adamların çox sayda işlədiyi yerlərdədir - tərəvəz bazası kimi. Orada bir neçə min adam yığışıb, ailəsizdirlər. Narazıdırlar. Və orada yerli əhali ilə münaqişələr yaranır”
2027 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP