Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2014

“Ya pulumu versinlər, ya da mülkümü qaytarsınlar”

AXCP-yə görə partladılıb sökülən mülkün sahibi öz haqqı uğrunda sonadək mübarizə aparacağını dedi

“Mülküm söküləndən sonra üç dəfə Nərimanov rayon icra hakimiyyətində olmuşam. İndiyə qədər binanın sökülməsiylə bağlı Fövqalədə Hallar Nazirliyinin qərarını mənə təqdim etməyiblər”. Bu sözləri “Azadlıq”a AXCP-nin icarəyə götürdüyü və martın 3-də partladılaraq bir gün sonra sökülən mülkün sahibi Azər Əsgərov deyib.
Onun sözlərinə görə, sökülən mülkünün əvəzinə ona obyekt təklif ediblər: “Sadəcə bu barədə söhbət getdi. Ancaq obyektin harada olacağı, ünvanı barədə heç nə demədilər. Mən də dedim ki, siz yer versəniz, onu AXCP-yə verəcəm. Dəymiş ziyana görə pulumu tələb edirəm”.
Azər Əsgərov deyir ki, indiyə qədər heç bir sənədə imza atmayıb: “Heç bir kağıza imza atmamışam. Nərimanov rayon icra hakimiyyəti başçısının müavini Şahmar İbadovun yanında olmuşam. Mülkümü söküblər, bu barədə mənə heç bir qərar verilməyib. Ofisdəki bütün əşyaları aparıblar. İndiyə qədər oradan bir çöp də əldə edə bilməmişəm. Binanın qəzalı olmasıyla, sökülməsiylə bağlı məhkəmə qərarı yox, mənim iştirakım olmadan mülkümü söküblər, əşyalarımı aktlaşdırıb götürüblər”.
“Hər gün nə qədər ev yanır, partlayış olur. Nədən FHN həmin obyektləri sökmür? Gedib söndürür, vəssalam. Ya mənim pulumu versinlər, ya da həmin yerdə eyni ölçüdə iki mərtəbəli bina tikib ofisimi qaytarsınlar. Binanı mənə verənə qədər hər ay 15 min dollar təzminat ödəsinlər. Əks halda Avropa Məhkəməsinə qədər gedəcəm”, - deyə Azər Əsgərov bizimlə söhbətində qeyd etdi./azadlıq/
1459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP