Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Venesuelada iğtişaşlar zamanı ölənlərin sayı 37-yə çatıb

Venesuelada iğtişaşlar zamanı ölənlərin sayı 37-yə çatıb.

BBC News-un verdiyi məlumata görə, bunu ölkənin baş prokuroru Luisa Orteqa Dias bəyan edib.

Onun sözlərinə görə, ölənlərin 29-u mülki şəxs, səkkizi isə təhlükəsizlik xidmətlərinin əməkdaşları olub. 379 mülki şəxs və 180 qanun keşikçisi xəsarət alıb, 168 etirazçı saxlanılıb.

Qeyd edək ki, Venesuelada hakimiyyət əleyhinə keçirilən etiraz aksiyaları artıq 2 aydır ki davam edir.

Prezident Nikolas Maduronun istefasını tələb edən etirazçılar hökuməti yüksək inflyasiya, gündəlik tələbat mallarının qıtlığı və ölkədə tüğyan edən cinayətkarlığa görə günahlandırır. N. Maduro isə müxalifəti ABŞ dəstəyi ilə dövlət çevrilişinə cəhddə ittiham edir./apa/
1277 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:50