Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

İraqda baş verən toqquşmalarda 30 hərbçi öldürülüb

İraqın qərbindəki Anbar vilayətində hərbçilərlə yaraqlılar arasında baş verən toqquşmalar zamanı 30 hərbçi öldürülüb, 50-dən çox adam xəsarət alıb.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, döyüşlər Faluca şəhəri yaxınlığında, “İraq və Levantedə İslam Dövləti” ekstremist qruplaşmasının mövqelərinin artilleriya atəşinə tutulmasından sonra başlayıb.

Cavab olaraq yaraqlılar uğurlu hücum həyata keçirərək hökumət ordusunun bir neçə dayaq məntəqəsi və körpülərini ələ keçirib. Sky News Arabia-nın məlumatına görə, hazırda döyüşlər davam edir.

Qeyd edək ki, ötən ilin 21 dekabrından İraqın ən qeyri-sabit əyalətlərindən biri hesab edilən Anbar əyalətində terrora qarşı əməliyyatı keçirilir.
1154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP