Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Krım martın sonunda Moskva saatına keçəcək

Krım Respublikasının Ali Şurası: "Martın 30-da saatın əqrəbləri 2 saat irəli çəkiləcək"

Martın 30-da Krım Moskva vaxtına keçərək saatın əqrəblərini 2 saat irəli çəkəcək.

Bu barədə Krım Respublikasının Ali Şurası açıqlama verib.
“17 mart 2014-cü ildə Krım Respublikasının Ali Şurasının qəbul etdiyi qətnaməyə əsasən, 30 mart 2014-cü ildən etibarən bölgədəki dəmir yolu, su, hava nəqliyyatı, həmçinin şəhərlərarası telefon və teleqraf bağlantıları Moskva vaxtı ilə fəaliyyət göstərməyə başlayacaq”, deyə açıqlamada qeyd olunur.

Xatırladaq ki, bir müddət əvvəl Krım Respublikasının Ali Şurası Moskva vaxtına keçməklə bağlı qərar çıxarmışdı. 79 deputat qərarın lehinə səs vermişdi.

Qeyd edək ki, martın 29-dan 30-a keçən gecə Ukrayna da yay vaxtına keçəcək.
1278 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber