Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

29 martda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Martın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutqun olacağı ehtimalı var. Cənub küləyinin arabir güclənəcəyi, axşam güclü şimal küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturunun gecə 4-7, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Martın 29-da hava şəraitinin axşam şimal və qərb rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 13-18 isti olacağı gözlənilir.
1669 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber