Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Qahirədə baş verən iğtişaşlar zamanı qadın jurnalist ölüb

Misirin paytaxtında baş verən iğtişaşlar zamanı “Əl-Dustur” qəzetinin müxbiri Miyada Əşrəf öldürülüb.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, hadisə jurnalist Qahirənin şimalında reportaj hazırlayarkən baş verib.

Misirdə “Müsəlman qardaşları” və polis arasında növbəti toqquşmalar Abdel Fəttah əs-Sisinin prezident seçkilərində öz namizədliyini irəli sürməsindən sonra başlayıb.

Xatırladaq ki, Misirin müdafiə naziri Abdel Fəttah əs-Sisi tutduğu vəzifədən istefa verib və apreldə baş tutacaq prezident seçkilərində iştirak edəcəyini rəsmi olaraq bəyan edib.
1388 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya