Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Krımda yaşayan azərbaycanlılara rus pasportu verilir

"Azərbaycanlıların rus pasportu almaması problem yarada bilər"

“Azərbaycanlılardan da Rusiya vətəndaşlığına keçənlər və pasport alanlar var”. Bunu Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov “Mediaforum” saytına verdiyi müsahibədə deyib. İcmarəhbəri Krımın Rusiyanın tərkibinə keçməsinin reallıq olduğunu, insanların reallıqla yaşamalı olduğunu deyib.

“Azərbaycanlılardan da Rusiya vətəndaşlığına keçənlər və pasport alanlar var. İstəyən bunu edir. Çünki Krımın Rusiyanın tərkibinə keçməsi reallıqdır. İnsanlar reallıqla yaşamalı, pul qazanmalı, ailələrini dolandırmalı, problemlərini həll etməlidirlər. Rusiya pasportu almamaq azərbaycanlılara problemlər yarada bilər. Ona görə də kiməsə “Rusiya pasportu alma” demək olmaz. Bu, insanların şəxsi işdir”.

Rusiya pasportu almaq üçün böyük növbələr olduğunu deyən Rəhim Hümbətov bildirib ki, bəzi insanlar pasport məntəqəsinin qarşısında gecələyir.

“Rusiya pasportlarının verilməsi yeni başlayıb və almaq istəyənlər həddən artıq çoxdur, böyük növbələr var. İnsanlar gecədən pasport verilən məntəqələrin qarşısında növbə tuturlar. Elə adamlar var ki, gecə də evə getmirlər, səhərə qədər gözləyirlər”.
1386 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı